Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib .
"Sherg.az" "siyah_sancag"a istinadən xəbər verir ki , həmin iddiada Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2 - ci ( ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma ) maddəsi ilə mühakimə olunması istənilib. Xüsusi ittihamçı jurnalist Ülviyyə Alovludur .O , Flora Kərimovanın ona böhtan atdığını əsas gətirərək xalq artistinin həbsini tələb edir.
Həmin iş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatına verilib . Məhkəmənin hazırlıq iclası avqustun 2 - ə təyin olunub.
Flora Kərimovanın vəkili isə APA - ya açıqlamasında bildirib ki , məhkəmə tərəfindən bildirişlər və şikayətin məzmunu onlara çatmayıb .