Övladları Britni Spirsi  görmək istəmirlər

Məşhur pop ulduz Britni Spirsin keçmiş əri Kevin Federlayn   verdiyi müsahibədə övladlarının müğənnini görmək istəmədiyini bildirib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, keçmiş həyat yoldaşının şərhlərindən çox incidiyini deyən müğənni “Onlara hər şeyi verdim” ifadəsini işlədib.

Federlayn övladlarının bir müddətdir valideynləri ilə görüşmədiyini və Spirsin toyunda iştirak etmək istəmədiyini bildirib.

Analarını ziyarət edən uşaqların bildiyi bəzi şeylərdən narahat olduğunu dilə gətirən Federlayn detallara varmayıb.