Nazim geyimlərinin qiymətini açıqladı 

“Əynimdə olan bu pencəyi 450 manata, köynəyimi 70 manata, şalvarım 200 manat, ayaqqabımı isə 350 manata almışam”.  

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nazim Pişiyari "Maqazin Plyus" verilişində deyib. Sənətçi geyimlərinin qiymətini açıqlayıb:

"Əgər bir geyim xoşuma gəlirsə, qiymətindən asılı olmayaraq alıram. Ucuz və ya baha olmasına baxmıram. Xoşuma gəlirsə, mənə yaraşırsa, alıram".

Nazim kamera önündə cibindən çıxan pulları da sayıb və "Cibimdə 320 manat pulum var. Amma qalan pullarım isə bank kartımdadır" sözlərini söyləyib.