Zaur Baxşəliyevdən atası ilə bağlı PAYLAŞIM

"11 il sənsiz. Gözəl atam, şah atam! Məclislərin yaraşığı, zəhmətkeş atam. Balaları üçün həyatını şam edən atam".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkə hesabında yazıb. Atası ilə bağlı paylaşım edən aparıcı sözlərinə belə davam edib:

"Bizim bu günümüzün təməlini qoyan atam. Ömürboyu dirsəklənib, narahat, səksəkədə yatan atam. Ən çətin anlarda bizi heç kimə möhtac qoymayan atam. İçimizə elə böyük sevgi ağacı əkmisən ki, heç vaxt yarpaqları tökülməz, qurumaz, barsız qalmaz. Allah sənə rəhmət eləsin gözəl atam".