Xəyanət: Pikenin sevgilisi  Qvardiola ilə eşq yaşayır 

Dünya ulduzu Şakiraya xəyanət edən keçmiş futbolçu Jerard Pikenin bu dəfə özünün eyni halı yaşadığı iddia olunub. 
“Sherg.az” xəbər verir ki, Pikenin sevgilisi Klara Çianın məşqçi Pep Qvardiola ilə eşq yaşadığı söylənilib. 
Məlumata görə, 52 yaşlı Qvardiolanın uşaqları Klara ilə eyni müəssisədə təhsil alır və onlar tez-tez görüşür. 
Digər bir iddiada isə bildirilir ki, Klara hələ münasibətlərinin lap əvvəlində Pikenin ona hüquqşünas ilə xəyanət etdiyini düşünüb. Buna görə də, ondan bu yolla qisas almağa çalışıb. 
Bu xəbər sosial şəbəkələrdə xeyli müzakirə yaradıb. İstifadəçilər “Aldadan aldandı” kimi şərhlərlə Pikenin xəyanətə məruz qalmasına sevindiyini bildirib. 
Qeyd edək ki, Şakira ilə Pikenin iki oğlan övladı var.