Bred Pitt qonşusunun ölənə qədər evində yaşamağına icazə verib

Dünyaca məşhur aktyor Bred Pittlə bağlı maraqlı fakt üzə çıxıb. 

“Sherg.az” xəbər verir ki, tez-tez mülkləri ilə gündəm olan Bred bu dəfə xeyirxah addımıyla danışılıb. 

Məlumata görə, Hollivud ulduzu Los-Ancelesdə yerləşən evini öz qonşusuna bağışlayıb. 
Daha doğrusu Pitt 1994-cü ildə aldığı mülkdə xanımı vəfat etmiş 105 yaşlı kişinin ölənə qədər yaşamağına icazə verib. 
Deyilənə görə, Bred həmin şəxslə çox alicənab şəkildə rəftar edib. 
Bundan əvvəl isə aktyorun Kaliforniya sahilində yerləşən tarixi ev üçün 40 milyon dollar (68 milyon manat)  ödəməyi gündəm olmuşdu. Məlumata görə, “Məşhurlar cənnəti” adlanan ərazidə yerləşən malikanə ilə bağlı faktlar uzun müddət danışılmışdı.