Üzük taxdılar, Morrone növbəti dəfə evlənməyə hazırlaşır.

“Netflix”in məşhur “365 days” filminin ulduzu Mikelle Morrone növbəti dəfə evlənməyə hazırlaşır. 
“Sherg.az” xəbər verir ki, sənətçi sevgilisi Moaro Sorio ilə nişanlanıb. Bununla bağlı Mikelle instaqramda paylaşım edib və nişanlısı ilə üzük taxdıqları görüntüləri səhifəsində yerləşdirib. 
Qeyd edək ki, bu, aktyorun ikinci evliliyi olacaq. Onun birinci nikahından iki övladı var.