Son günlərin qalmaqallı serialı “Kızılcık şerbeti” ilə bağlı hüquqi proses davam edir.
“Sherg.az” xəbər verir ki, Türkiyənin Radio və Televiziya Şurasının (RTÜK) ekran işinə tətbiq etdiyi 5 həftəlik yayım qadağası bu dəfə də tətbiq olunmayıb.
Buna səbəb isə “Show” TV-nin quruma etirazı olub. Tərəflər arasındakı məhkəmə prosesi hələlik dayandırılıb.
Ehtimal edilir ki, seriala tətbiq olunan qadağa növbəti həftədən başlayacaq.