Röya ilə Nigar altı il sonra barışdı

Xalq artisti Röya Ayxan və “Avroviziya” qalibi Nigar Camal barışıblar.
Onlar gənc müğənni Nuranın klip təqdimatı zamanı bir araya gəliblər. Sənətçilər tədbirdə altı il sonra aralarında olan küsülülüyə son qoyaraq görüşüblər.
Sözügedən anlar Olay.az-ın kamerasına tuş gəlib.
Qeyd edək ki, tərəflər arasında 2017-ci ildə keçirilən “Altın Kelebek” mükafatları zamanı qalmaqal yaşanıb.