Dilarə Kazımova biseksualdırmı? – Açıqlama:“Deyə bilərəm ki...”

Tanınmış müğənni Dilarə Kazımova biseksual olması haqda söz-söhbətlərə aydınlıq gətirib. 
“Sherg.az” xəbər verir ki, sənətçi bu barədə “AStar” verilişində qonaq olarkən danışıb. Veriliş zamanı aparıcı Ülvira Qarayeva iddia edib ki, Dilarənin biseksual olması barədə söz-söhbətlər gəzir:
“Yox, mən biseksual deyiləm. Məncə, insanlar öz həyatlarını yaşamalıdırlar. Dostlarım var və öz işlərində peşəkardırlar, heç kimin şəxsi həyatına müdaxilə etmək istəmirəm. Mən belə şeyləri sevmirəm. Ümumiyyətlə, heç kimə məsləhət belə verə bilmərəm. Əgər həyatda hər şey sevgi və qayğı ilə qurulursa, onlara necə deyə bilərəm ki, yox belə etməyin.Təbliğata qarşı çıxmıram. Belə insanlarla çalışıram və onlarla dostamsa, bunu təbliğ etmirəm, sadəcə dostam. Bu sual mənim üçün bir az çətindir.Çünki heç kimin xətrinə dəymək istəmirəm. Bizdə iki tərəf var: kimi bunu qəbul edir, kimi isə yox. İstəyirəm ki, heç bir tərəf məndən küsməsin. Özüm üçün neytral mövqe seçmişəm”.