Gülayın biznesi yarımçıq qaldı!

Müğənni Gülay Zeynallı haqqında yayılan biznes xəbərlərini ələ salıb. 
“Sherg.az” xəbər verir ki, bununla bağlı o, İnstaqramda status paylaşıb. 
“Gülayın biznesi yarımçıq qaldı. Hansı biznes, ay qurban olum. Bundan sonra zarafat etməyəcəm”, - deyə, bildirib. 
Qeyd edək ki, Gülay “7 Canlı” verilişində qonaq olarkən “2 qoyun almışdım. Bacımgilə göndərdim, tez-tez zəng edirdim ki, sayı artıb? O da bezdi, dedi, gəl qoyunlarını apar. Hövsələsizliyimdən bzines yarımçıq qaldı” açıqlamasını verib.