Nuran şou-biznesə bu kliplə "ayaq basdı" - VİDEO

Gənc müğənni Nuran Məmmədov “Liatris Holding”in layihəsi olan ilk klipini təqdim edib. 
"Sherg.az" xəbər verir ki, iş xanımı Ruhiyyə Əliyevanın layihə direktoru olduğu klipin təqdimatına şou-biznesin tanınmış simaları qatılıb. 

Sənət dünyasına ilk addımlarını atan Nuran klipin Türkiyədə ərsəyə gəldiyini bildirib:
“Müğənni olmaq uşaqlıq arzum idi, hər zaman dost məclislərində ifa edirdim. Bu arzumu dilə gətirən zaman Ruhiyyə xanım mənə dəstək olacağını dedi və beləliklə, “Şıkı-şıkı ba-ba” mahnısı və klipi ərsəyə gəldi. 

Ruhiyyə xanım başda olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm. Çox həyacanlıyam, yanımda olan hər kəsə minnətdaram”.

Qeyd edək ki, mahnıya ekran həyatını türkiyəli rejissor İsmail Eren Yalçın verib.