Mehriban Xanlarova kimə, nə üçün qəzəbləndi? - AÇIQLANDI

Əməkdar artist Mehriban Xanlarova “Bizimləsən” verilişində qəzəblənməsi haqda açıqlama yayıb.
“Sherg.az” xəbər verir ki, bununla bağlı aktrisanın köməkçisi İnstaqramda məlumat paylaşıb.
“Hörmətli tamaşaçılar və əziz media nümayəndələri, “Bizimləsən" verilişində evlənmək üçün iştirak edən Zəfər adlı şəxs nənəsi yaşında olan Münəvvər adlı qadına hörmətsizlik etdiyi üçün Mehriban xanım emosional şəkildə fikrini bildirib. 
23 yaşlı gəncin ağbirçək qadına hörmətsizlik etməsini kim istəyirsə, qəbul edə bilər. Mehriban xanım etmir!”, - deyə, məlumatda bildirilib.