SƏRT SÖZLƏR:“Şəbnəm Tovuzlu maskadır”

“Dinlədiyim mahnıları var. Amma çox ikili oynayır, sünidir, özü deyil. Onda çox pafos var. O, kimə acıq verəcək? Onun həyatını kim arzulayar ki? Elə bilirsən ki, Şəbnəm çox xoşbəxtdir. Yox. Mən onu illərdir tanıyıram, biz bir yerdə çörək kəsmişik, gediş-gəlişimiz, yoldaşlığımız olub”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Tolik ilə səmimi” verilişində müğənni Nüşabə Musayeva həmkarı Şəbnəm Tovuzlu haqda deyib. 
Onun bu fikirləri sosial şəbəkələrdə yenidən yayılıb və müzakirə yaradıb:
“Onu yaxşı tanıyıram. Bunlar da üzünə dediyim sözlərdir. Bir ara çox yaxın olmuşuq. Sonra özü məndən uzaqlaşdı, təxminən həyat yoldaşı ilə yeni tanış olduğu ərəfələr idi. Mən Hacını 2000-ci ildən tanıyıram. Mənə Hacı lazım olsaydı, çoxdan yanından idim. Mən satıcı işləyirdim, onun dükanı ilə qonşuluqda idi. Kişi kostyumları satırdılar. İndi Şəbnəmi bloka atmışam. Zəhləm gedir, onu çox istəmirəm. Mənə qarşı çox səhvlər edib. Sonuncu dəfə Könül Kərimovanın övladının toyunda Şəbnəm ifa edirdi, mən də yanında oynayırdım. Manaf Ağayev, Mənzurə Musayeva və Zenfira İbrahimova da rəqs edirdilər. Şəbnəm məni əli ilə itələdi. Ona dəhlizdə dedim ki, vaxt gələcək, sənin cavabını çox pis verəcəm.
Şəbnəmlə problemim yoxdur. Sadəcə Şəbnəmin haqqında belə danışmaq lazımdır, bu sözlərə layiqdir. Dostluğu bacarmır, maskadır, yaxşılıq bilməyən, çörəyə dəyər verməyən biridir, sünidir”.