Əməkdar artistdən SƏRT TƏNQİD: "Yasa gələn qadınlar niyə ful makiyaj edirlər?!" 

Əməkdar artist Nigar Şabanovanın növbəti paylaşımı müzakirə yaradıb. 
“Sherg.az” xəbər verir ki, o, yasa makiyajla gedən xanımları sərt tənqid edib. İnstaqramda status yazan xanəndə bu sözləri qeyd edib:
“Çox maraqlıdır, yas mərasiminə gələn qadınlar, qızlar niyə ful makiyaj edirlər? Ölüyəmi sevinirlər, yasın keçirilməyinəmi? Öz əzizləri ölsə, görəsən, belə makiyajla gələnə necə baxarlar? Necə qəbul edərlər? Allah hamıya vicdan, iman, qorxu hiss etməyi nəsib etsin. Allah hamının ölənlərinə rəhmət eləsin”.