Müğənni Şəbnəm Tovuzlu maddi durumu ilə bağlı
açıqlama verib.
“Sherg.az” xəbər verir ki, bu barədə o, “Həmin Zaur”
proqramında danışıb:
“Yetəri qədər ruzili xanımam, işim var. Məkan
açmışam, evlər almışam. Halal qazanıram. Əziyyət çəkirəm, 7-8 saat hündürdabanda oxuyuram. Xalqın puludur,
sevilirəm və toylara dəvət alıram. Dörd evim var. Mənim kimi qazanan xanıma bu
qədər ev azdır. Mən əgər əlibərk olsaydım, daha çox ev alardım".