Rəvanın təklifinə Renkadan CAVAB:“Başına elə oyun açaram ki...”

Müğənni Rəvan Qarayev efirdə rəqqasə Rəna Ağamuradovaya (Renka) evlilik təklifi edib. 
“Sherg.az” xəbər verir ki, həmin anlar isə Rəvanla Renkanın qonaq olduğu “Həyat tərzi” verilişində yaşanıb. 
Artıq 6 ildi ikinci həyat yoldaşından boşandığını açıqlayan sənətçi bildirib ki, Renka ilə ailə qurmağa hazırdır: 
“Renka mənim neçə illik dostumdur. Onunla zarafatımız var. Sadəcə zarafatla bu təklifi etdim. Nə Renka ərə getsin, nə də ki mən evlənim. Hazırda subayam. 6 il əvvəl boşanmışam. Üç dəfə yox, iki dəfə ailəli olmuşam. Atamın bir dostu var, deyir ki, üzr istəyirəm oğlunuz Rəvanın toyuna gələ bilmədim.

Atam isə söylədi ki, “Düz etmisən, heç mən də getmək istəmirdim”. Üçüncü dəfə evlənsəm, heç kim toyuma gəlməyəcək. Amma növbəti dəfə evlənmək fikrim yoxdur”. 

Rəvanın bu sözlərinə Renka “Sən mənimlə evlənsən, başına oyun açaram. Əgər subaysansa və mənə evlilik təklifi etmisənsə, mən razıyam. Evlənsək, bizim toyumuza bütün şou-biznes gələcək” deyə cavab verib. 

Proqramın aparıcısı Lamiyə Ələkbərovanın R. Qarayeva ünvanladığı “Niyə xanımlarla yola getmirsən?” sualına müğənni “Hamı ilə yola gedirəm. Mənimlə yola getmirlər. Talehdir...” cavabını verib.