Sərxan anasını “ağ yuyub-qara sərdi”:“Məni məktəbdən qovdurdu...”

Aparıcı Sərxan Kərəmoğlu övladlığa verildiyini açıqlayıb. 
“Sherg.az” xəbər verir ki, bu barədə “Bizimləsən” proqramında qonaq olarkən danışıb. 
O deyib ki, körpə vaxtı onu övladlığa veriblər:
“Mən övladlığa verilmişəm.  Anam məni dünyaya gətirəndə ürək çatışmazlığından əziyyət çəkirmiş. Uşağa baxmağa, onu yedizdirməyə qadağa qoyublar. 

Mənim bibimin də həyat yoldaşı rəhmətə getmişdi, övladı olmamışdı. Məni bibim öz öhdəsinə götürüb. 14 yaşım olanda anam rəhmətə getdi. 

Üç ildən sonra bibim dünyasını dəyişdi. Hərbi xidmətə getməzdən 1 il əvvəl idi. Mənim ixtiyarım bibimin əlində idi. Anam ibtidai sinif müəllimi idi. Məni məktəbdən qovdurdu, dedi ki, formasının üstündən plaş geyinir, papaq qoyur. 

Onlar konfilikt edirdilər. İxtiyar isə bibimdə idi , deyirdi, otur-qalx. Mənim atam belə gəlib, nəsə deyə bilməzdi.  Atam məni vuranda atamla qırğın etdi”.