Anasından Zaura doğum günü QADAĞASI:“11 yaşımdan...” - ARXİV FOTO

“Özümü başa düşəndən ailəmizin daha bir qaydasnı kəşf etdim. Ad günlərimizi yalnız ailə üzvləri ilə birlikdə qeyd edirik. Bu anamın qaydasıdır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqramda aparıcı Zaur Baxşəliyev yazıb.
Anasının görüntülərini paylaşan sənətçi bunları da əlavə edib:

“Düzdür, mən ad günümü 11 yaşımdan qeyd etmirəm. Onu da 1992-ci ildən anam qadağan etdi.
Bəlkə də elə buna görə ad günlərimizdə yalnız operatorluq edirəm. Hamının sevincini kənardan hiss edib, onu yaddaşa köçürməyi daha üstün tuturam. Bu gün də qardaşımın balası Şəhriyarımızın 15 yaşına toplaşdıq!”.