"Artıq mən  qorxuram, buradan köçüb getmək istəyirəm"  - Ayan şikayətçidir 

Müğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətçidir.

Sherg.az xəbər verir ki, ifaçı yaşadığı Ənvər Hüseynov küçəsi 7 ünvanında yerləşən Azinkonun binasının qaraj hissəsinin su ilə dolduğunu və çökmə təhlükəsi yarandığını bildirib.

"Bura bizim yaşadığımız binanın qarajıdır. Hazırda suyu yığıblar. Burada yüzlərlə ailə yaşayır. Bu qədər düşüncəsizlik, bu qədər etinadsızlıq olmaz. Aidiyyəti qurumlar bununla maraqlanmalıdır.

Bildiyim qədəri ilə suyun analizi edilib. Deyiblər ki, təbii şorlar suyudur. Başqa vaxt suyu kəsirlər, xəbərdarlıq edirlər. Bu su binanın çökməsinə səbəb olacaq. Artıq 2 aydan çoxdur. Bir dəfə də belə bir vəziyyət yaranmışdı. Bu nə dərəcədə doğrudur? Gəlirlə plastmas vannalara suyu doldurub gedirlər. Heç kim maraqlanmır. Bir dəfə düzəltdilər, 1 ay qurudu. 2 ay keçib yenə eyni hal.

Bildiyim qədəri ilə binanın arxa hissəsində çökmə prosesi baş verir. Artıq mən bu bundan qorxuram. Buradan köçüb getmək istəyirəm. Deyirəm gecənin, gündüzün birində bu buna çökəcək. Onda biləcəklər ki, millət öldü. Onda deyəcəklər ki, nədən imiş?! Səbəb budur" deyə, Ayan paylaşımında vurğulayıb.