Yıldız Tilbe: Çox da gözəlləşib başıma dərd açmaq istəmirəm

Ramazan  Bayramında səhnəyə çıxan məşhur türk müğənnisi Yıldız Tilbe gözəllik mərkəzində keçirdiyi vaxtla bağlı suala maraqlı cavab verib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, məşhur müğənni Yıldız Tilbe Ramazan Bayramında sevənləri ilə bir araya gəlib. Türkiyədə baş verən zəlzələlərdən sonra ilk dəfə səhnəyə çıxdığını bildirən Tilbe, "Uzun müddət oldu. Ona görə də bir az həyəcanlıyam" deyib.
Yıldız Tilbe səhnədə olarkən pərəstişkarlarının suallarını cavablandırıb. “Gözəllik mərkəzində saatlarla olub-olmadığını” sualına müğənni “Mən kifayət qədər gözələm. Ona görə çox da gözəlləşib başıma dərd açmaq istəmirəm”.

Turan