"Rəbbimdən ömür yox, möhlət istəyirəm" - Əməkdar artist

"Dostu olanlara, əsas da bizim sənət nümayəndələrinə demək istəyirəm ki, ömür çox qısadır. Hər gün bir hadisə baş verir. Ona görə də mehriban olaq".

Sherg.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həmin Zaur" verilişində deyib. Sənətçi övladlarına görə Allahdan möhlət istədiyini bildirib:

"Hamı üçün bunu arzulayıram. Bilmək olmur, bu gün burada, sabah haradasan. Həmişə Rəbbimə deyirəm ki, mənə övladlarıma görə möhlət ver, ömür istəmirəm. Uşaqlarımı bir yerə çatdırmaq üçün möhlət arzulayıram".

Qeyd edək ki, sənətçinin bir qız və bir oğul övladı var.