Cennifer Lopez niyə həmişə ərindən bir addım geridə qaldığını açıqlayıb

Dünya ulduzu Cennifer Lopez bir  tok-şouda Ben Affleklə münasibətindən danışıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, aktyorluqda, eləcə də müğənnilikdə uğurlarını sübut edən 53 yaşlı Lopez tədbirlərdə adətən Afflekdən niyə bir addım geridə getdiyini izah edib.

Lopez ərinin arxasında qalmasının səbəbini Afflekin ondan çox uzun olması və əl-ələ tutmaq istəməsi ilə əlaqələndirib.


"Onun boyu 1,93, mən  balacayam. Boyum təxminən 1,67 metr" deyən Lopez əl-ələ tutmağı sevdiklərini və buna görə də belə bir yol tapdıqlarını bildirib.

"O, daha hündürdür və qolları dik durur. Mən bir addım geridə qalaraq tarazlığı saxlayıram. Buna görə də xoşbəxtəm", - Lopez deyib.


Turan