Nadir “Avroviziya - 2023” təmsilçilərimizdən DANIŞDI – Nələr dedi?

“Avroviziya - 2023” təmsilçilərimiz Tural və Turan Bağmanovların firuzəyi xalıdakı geyimləri müzakirə yaradıb. Qardaşları müdafiə edənlərlə yanaşı, tərzlərini bəyənməyib, delegasiyanı qınayanlar da olub. Əksər sosial şəbəkə istifadəçisi bu tipli paltarların əkizlərin tərzinə uyğun olmadığını düşünüb. Kimisi isə açılışda geyimləri ilə fərqləndiklərini deyib. 

Bəs sənət adamları bu haqda nə fikirləşir? Tural və Turanın tərzini necə dəyərləndirir? 

“Sherg.az” məsələ ilə bağlı bir neçə müğənniylə əlaqə saxlasa da, onlardan kimisi sualdan qaçıb, kimisi isə vaxtının olmadığını deyib. 

Müğənni Nadir Qafarzadə isə qardaşların firuzəyi xalı tərzi haqda bu fikirləri səsləndirib:

“Mən bu məsələlərə qarışmıram. Belə məsləhət biliblər, belə olub. Biz nə edə bilərik ki? Belə məsləhət olub. Uğurlar arzu edirəm”.