Müğənni Günel Ələkbərova və şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.
“Sherg.az” xəbər verir ki, buna səbəb Nazilənin məşqdə ağır xəsarət alıb dünyasını dəyişən 7 yaşlı Fəridin anası ilə bağlı fikirləri olub:
“Sadəcə müşahidələrimi bölüşürəm. Məni çox da ciddiyə almayın. Bu şəxsi fikrimdir. İstintaqda səhlənkarlığa və saxtakarlığa yol verilməsə, saçı “ukladkalı”, əyin-başı yetərincə səliqəli, balasına yas saxlamaq əvəzinə hər zəngə cavab verən, müsahibə verən ananı tutacaqlar.
Yenə deyirəm məni çox ciddiyə almayın. Sadəcə ana olanlar yazsın, iraq evlərdən, belə hadisəni kim yaşasa, necə olardı?
Şəxsən mənim balam uşaqlıqda bərk xəstələnmişdi, başı ləçəkli o qədər özümü döymüşdüm, acizlikdən bir gecədə saçım ağardı”.
Günel isə Nazilənin Fəridin anası haqda dediklərini düzgün hesab etməyib:
“7 yaşlı uşağı ölən anaya qarşı bu nə ittihamdır? Ayıbdır. İnsan olaq. Çalışaq ki, hər kəsin dərdinə sayğıyla yanaşaq, ya da sadəcə susaq”.