Əli ilə Anar “atışdılar”! - Kobud ifadə: “Başını bilmədiyin yerə soxdun!”

Müğənni Əli Mirəliyev və jurnalist Anar Vəziroğlu efirdə dalaşıb. 
“Sherg.az” xəbər verir ki, onların sözü “Bizimləsən” verilişində çəp gəlib. 
Buna səbəb isə musiqi ilə bağlı fikir bildirən Vəziroğluna “Anar hər yerə başını soxur” sözü olub.
Buna əsəbləşən jurnalist qəzəbini dilə gətirib:

“Mənim sənə hörmətim var. Amma hörməstsizlik edəndə dayanmıram. Başım girməyən yerə bədənimi soxan kişilərdən deyiləm. Sən deyirsən, başı girməyən yerə bədənini soxur. Kimə darlıq etmişəm? Mən musiqiçi ailəsində böyümüşəm. Mənim üçün Alim Qasımov, Faiq Ağayev peşəkardır, siz yox. Bir dəfə onun haqqında yazmışam? Yox. Bura gəlmək istəmirsən, xoş getdin. Oturduğum yerdə bostanıma daş atma”.

Mirəliyev isə ona cavabında “Sən mənə öyüd verirsən? Bilsəm, burdasan gəlməzdim. Musiqiyə görə dedim ki, o mövzuya girişmə. Mənim Babaya (Baba Vəziroğlu – red.) hörmətim var, mənə niyə yoxdur? 

Mənim sahəm olduğu üçün dedim ki, girişmə. Bəlkə kobud səslənib, ürəyinə toxundusa, üzr istəyirəm. Musiqi sahəsini səndən də, babadan da artıq bilirəm. Sənə kim dedi ki, Alimi bəyənmirəm. O, bayatı-şirazı oxuyanda mən ağlamışam. Görürsən, başını bilmədiyin yerə soxdun”, - deyə, bildirib.

A.Vəziroğlu isə sonda “Babaya hörmət edirsən, mənə niyə etmirsən? Mənə Babaya görə hörmət qoyursansa, qoyma” sözlərini səsləndirib.