400 manatlıq krem istifadə edən Xatirəyə İRAD: Kasıb xanımlar necə alsın?

Müğənni Xatirə İslam sosial şəbəkələrdə tənqid olunub.
“Sherg.az” xəbər verir ki, buna səbəb ifaçının paylaşdığı videoda “Chanel” brendindən olan üz kremini reklam etməsi olub.
Belə ki, özünə qulluq etdiyi anları paylaşan Xatirə sözügedən markanın məhsulunu izləyicilərinə tövsiyə edib.
Lakin istifadəçilər “Həmin brendin bir kreminin qiyməti 400 manatdır. Mənim kasıb xalqımın xanımları o pulu hardan alsın?” kimi şərhlər yazıblar.