Çağla buzla dolu çəlləyə girdi: Beynimdəki stereotipləri dağıtmaq istədim...

Türkiyəli məşhur model və aparıcı Çağla Şikel soyuq qorxusuna qalib gəlmək üçün böyük oğlu Kuzeylə buzla dolu çəlləyə girib. 
Sherg.az xəbər verir ki, Çağla həmin anları sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Soyuq qorxusunu aradan qaldırmaq üçün belə bir təcrübə yaşamaq istədiyini bildirən məşhur model paylaşımında bu qeydi yazıb:

"O məndən cəsarət aldı, mən də ondan... Səninlə belə bir təcrübə yaşamaq inanılmaz idi. Mənim yanımda olduğuna şadam, oğlum, sağ ol. İkimiz də soyuğa nifrət edirik. İkimiz də soyuq olmağı sevmirik. Ümumiyyətlə, soyuq suda çimməyi, soyuq duş qəbul etməyi də sevmirik...”


Şikel, "Amma beynimdəki bu stereotipləri dağıtmaq istəyərkən bir də onun  sağlamlığa faydalarını öyrəndim və sınamağı  səbirsizliklə gözləyirdim... Sonra "soyuq vanna" kəşf etdik" deyə bildirib.

Suda cəmi iki dəqiqə qaldığını yazan Çağla sonda bu qeydi yazıb: "Günlərdir buna zehni olaraq hazırlaşdım. Soyuğa deyil, yalnız nəfəsimə fokuslandım. Çünki soyuğu düşünən yalnız zehnimizdir".

Turan