Drake əfsanəvi reperin üzüyünü 1 milyon dollara alıb

1996-cı ildə 25 yaşında dünyasını dəyişən reper Tupak Şakurun üzüyü ötən günlərdə rekord qiymətə satılıb. Məlum olub ki, üzüyü alan şəxs məşhur reper Dreykdir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, rep dünyasının əfsanələrindən olan Tupak Şakur 25 yaşında Las-Veqasda avtomobilin silahlı hücumu nəticəsində dünyasını dəyişib. 1996-cı ildə vəfat edən Şakurun qızıl, yaqut və brilyant üzüyü Nyu Yorkdakı məşhur Sotheby's hərrac evi tərəfindən hərracda satılıb.

Məlum olub ki, üzüyü alan şəxs Qremmi mükafatlı musiqiçi Dreykdir. O, üzüyü sosial media hesabında paylaşıb.

Dreyk Şakurun dizayn etdiyi və sonuncu dəfə 1996-cı ildə taxdığı üzük üçün 1 milyon dollar ödəyib.

Turan