Aktrisanın son halı məyus etdi - FOTO

Türkiyəli aktrisa Tülin Ece Yazkanın son halı təəccübləndirib.

Sherg.az axşam.az-a istinadən bildirir ki, aktrisa fotosunu sosial media hesabında paylaşıb. Onun görünüşü izləyiciləri tərəfindən bəyənilməyib. Tülinin ünvanına tənqid dolu şərhlər yazılıb.


Aktrisanın şəklinə "Ümid edirəm heç bir xəstəliyi yoxdur", "Məncə bir az çəki almalısan", "Xahiş edirəm, əvvəlki halına qayıt", "Çox çirkin olub", "Bütün gözəlliyi gedib" "Bir insan niyə özünə bunu rəva görər?", "Necə gözəl idi, estetiklə məhv edirlər özlərini" kimi şərhlər qeyd olunub.

Xatırladaq ki, Tülin son olaraq "Hayatımın şansı", "Bir peri masalı", "Evlilik hakkında her şey" serialında rol alıb.