Xəstəliklə mücadilə edən Bella Hadid: “Anama minnətdaram”


 Laym (Lyme) xəstəliyindən əziyyət çəkən məşhur model Bella Hadid müalicəsiylə bağlı social mediada paylaşım edib. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, , müalicə mərhələsində olduğunu əks etdirən fotoları sosial media üzərindən paylaşan denyaca ünlü model ağır zamanlar keçirdiyini qeyd edib. 
 
Qeyd edək ki, Laym xəstəliyi insanlara gənələr vasitəsilə ötürülən Borrelia spiroxetləri ilə törədilən zoonoz infeksiyadır. Zoonoz xəstəliklər onurğalı heyvanlardan insanlara ötürülür. Yoluxmuş insanlaarın dərisində yaralar əmələ gəlir, sonradan artrit, MSS və ya ürək sistemində pozuntular da əlavə olunur. Ən lyüks markaların üzü – daşıyıcısı olan Bella Hadid də bu xəstəliyə yoluxub. Və bu səbəbdən də podiumlardan uzaq düşüb. Bu günlərdə isə model, sosial media hesabından sevənlərinə müsəbt mesajlar ötürüb. “Acı çəkən kiçik mən, sağalmaqdan vaz keçməyən yetişkin mənlə qürur duyardı”, yazan model, ilk növbədə anasına minnətdarlıq edib: 

“Anam bütün tibbi göstəriciləri təqib edirdi, yanımdan hem ayrılmadı, məni qorudu, dəstəklədi, bütün bu müddət ərzində mənə inandı. Ona minnətdaram və sonsuz təşəkkür edirəm”. Ətrafında daim heyranlarının dolaşdığı, maddi cəhətdən heç bir sxıntısı olmadığını deyən model bildirib ki, bu xəstəlik indiyədək üzləşdiyi ən ağır durumdur.  “Hamınıza bunu ifadə etmək istəyirəm: mən yaxşılaşıram, narahatlığa gərək yoxdur.  Və bu dünya üçün heç nəyi dəyişməzdim. Bu günlərə gəlib çatmaq, malik olduqlarıma yenidən nail olmaq üçün nə lazmdırsa, təkrar edərdim. Məni mən edən, bugünki halımdır. İlk dəfədir ki, gerçək mən olmuşam”. Model sosial paylaşım üçün ən pozitiv fotoları seçdiyini yazıb.  Modelin bacısı, onun qədər məşhur olan digər model Cici Hadid də Bella Hadidlə bir podiumda çəkdirdiyi fotolarını paylaşaraq “geri dönmək üçün tələsir. Onunla qürur duyuram”, yazıb.