Kıvanç Tatlıtuğ oğlu Kurt Efe ilə idman edir

Həyat yoldaşı Başak Dizer Tatlıtuğ və oğlu Kurt Efe ilə yay tətilinin dadını çıxaran Kıvanç Tatlıtuğ idmana da laqeyd qalmır. Sherg.az türk mediasına istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Bodrumda olan məşhur aktyor idmandan sonra oğlu Kurt Efeyə qulluq edib.

2016-cı ildə evlənən Kıvanç Tatlıtuğ və Başak Dizerin 2022-ci ildə oğulları Kurt Efe  dünyaya gəlib.

Əri və oğlu ilə idman zalına gedən Başak Dizer xoş anlarını izləyiciləri ilə bölüşüb. 



İdmandan sonra oğlu Kurt Efe Tatlıtuğun yanına gəlib. Başak Dizer həmin anları sosial media hesabında “Və idman bitər” qeydi ilə paylaşıb.