Adriana Lima lüks oteldə şok yaşadı! Yataq böcəyi yedi

Məşhur supermodel Adriana Lima 5 ildən sonra  bir araya gəldiyi "Victorias Secret"in yeni məhsulunun təqdimat mərasimində görünüb. Daha sonra Paris Moda Həftəsinə qatılan gözəl model yataq böcəklərinhədəfinə çevrilib.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən ilin avqustunda üçüncü övladını dünyaya gətirən Adriana Lima yenidən forması ilə diqqət çəkib. Doğuş çəkisi ilə tez-tez gündəmə gələn Lima yenidən "Victoria's Secret" üçün pozalar verib.

2017-ci ildə Yeni il gecəsi moda nümayişində sonuncu dəfə podiuma çıxdıqdan sonra təqaüdə gedən Adriana Limanın evliliyindən iki qızı (Valentina 12, Sienna 9) var. 2009-cu ildə serb basketbolçu Marko Jariclə evlənib. Lakin cütlüyün evliliyi uzun sürməyib. Həmin vaxt Jaric onu aldatdıqdan sonra cütlük yollarını ayırıb.

Hazırda Paris Moda Həftəsində olan model sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. Oteldə keçirdiyi gecədən sonra Lima pərəstişkarlarının marağına səbəb olan fotosunu paylaşıb.

Lima paylaşımına “İcazə verin, sizə bir ipucu verim, böcəklər” qeydini əlavə edib.

Əvvəllər Paris hökuməti şəhərin yataq qurdları ilə dolu olduğunu açıqlamışdı.