Yayımlandığı dövrə damğasını vuran "Öyle Bir Geçer Zaman ki" serialı ilə məşhurlaşan Vilma Elles ötən aylarda üçüncü övladını gözlədiyini açıqlamışdı. Sherg.az türk mediasina istinadən xəbər verir ki, doğuş üçün həyat yoldaşı Mehmet Şah Çelik və əkizləri ilə birlikdə Amerikaya gedən Elles qızını qucağında aldığını açıqlayıb. Məşhur ad körpəsinin adını da paylaşıb.
Vilma Elles 2014-cü ildə evləndiyi Arif Kerem Göğüşdən 2019-cu ildə boşanıb. Bu evlilikdən dünyaya gələn əkizlər Milat və Melodinin qəyyumluğu anaya verilib.
Elles ötən ilin dekabrında vəkil Mehmet Şah Çeliklə evlənib. 16 dekabr 2022-ci ildə həyatlarını birləşdirən cütlüyün İzmirdə keçirilən 20 nəfərlik toy mərasiminə Ellesin uşaqları da qatılıb.
36 yaşlı alman aktrisa ötən ay şad xəbər vermiş və sosial media hesabından hamilə olduğunu açıqlamışdı.
Qarnı ilə tez-tez pozalar paylaşan məşhur ad, körpəsinin cinsini də açıqladı; Qız gözlədiklərini söylədi.
Doğum etmək üçün Amerikaya gedən Wilma Elles 4 gün əvvəl 1,5 milyon izləyicisi olan İnstaqram hesabında paylaşım edərək qızını dünyaya gətirdiyini açıqlamışdı.
Ailəsi və yeni doğulan körpəsi ilə çəkdirdiyi pozaları yayımlayan aktrisa qızının adını da açıqlayıb və bu mesajı yazıb:
Tiara Magnolia, 5.10.2023. Arzular gerçəkləşəndə... Şükür Allaha.
Gözəl aktrisanın bu paylaşımı bir çox izləyicilərindən, xüsusən də məşhur adlardan bəyənmə və təbrik mesajları alıb.