İlin ən çox satılan albomu: Taylor Svift rekordlarına yenisini əlavə edib 

Əvvəlki albomlarını "1989 - Taylor's Version" adı ilə yenidən yazdıran Taylor Svift rekordlarına yenisini əlavə edib. Sherg.az xəbər verir ki, məşhur müğənni əvvəlki albomunun rekordunu qıraraq, ən çox satılan albomun sahibi olub.

Billboard jurnalı albomun ABŞ-da cəmi beş gün ərzində bir milyon satışa çatdığını açıqlayıb. Bununla belə, "Gecəyarısı" albomu 778 min nüsxə satılıb.

Svift bu ili yalnız iki ən çox satılan albomla bitirmədi. Onun yenidən yayımlanan "Speak Now (Taylor's Version)" adlı albomu təxminən 742 min nüsxə satılıb.

Uğurlarla dolu karyerasında "Grammy mükafat"lı müğənni avqust ayında "Midnights" albomu ilə Spotifyda aylıq 100 milyon dinləyicisi olan ilk qadın müğənni olmaqla musiqi tarixinə düşdü.

Üç dəfə Qremmidə "İlin albomu" mükafatını qazanan, 4 nəfərdən biri olan Svift kinoteatrlarda da iz buraxıb. "Taylor Swift: The Eras Tour" tur filmi açılış həftəsonunda 96 milyon dollar gəlirlə ABŞ-da bir konsert filmi üçün ən yüksək açılış rəqəmini əldə etdi və kinoteatrlarda diqqəti cəlb etməyə davam etdi. Film noyabrın 3-dən etibarən Türkiyədə nümayiş olunacaq.