Dünyaca məşhur müğənni Selin Dion keçən ilin dekabrında nadir nevroloji xəstəlik olan "Sərt Şəxs Sindromu" olduğunu öyrənmişdi. Sağalmaz xəstəliyi səbəbindən konsertlərini yarımçıq qoyan və müalicəsinə köklənən 55 yaşlı sənətçi təxminən 4 ildən sonra ilk dəfə görüntülənib.
Sherg.az xəbər verir ki, Celine Dion milyonda bir insanda təsadüf edən bir xəstəliklə mübarizə aparır.
2022-ci ilin mart və aprel aylarında əzələ spazmları səbəbiylə Şimali Amerikadakı bəzi proqramlarını ləğv edən Selin Dion səhhətində yaranan problemlərə görə Avropa turnesini ləğv etmək məcburiyyətində qaldığını açıqlayıb. Üç uşaq anası olan müğənni 2022-ci ilin dekabrında İnstaqram hesabında izləyicilərinə göz yaşları içində "Sərt Şəxs Sindromu" olduğunu açıqlayıb:
"Hamıya salam. Çox darıxıram və sizinlə söhbət etmək üçün səbirsizlənirəm. Mən həmişə açıq kitab olmuşam və özümü hazır hiss edənə qədər heç nə demək istəməmişəm. Bütün bunlarla üzləşmək və nə ilə mübarizə apardığım barədə danışmaq çox çətindir. Son vaxtlar çox nadir rast gəlinən nevroloji xəstəliklə mübarizə aparıram. Onun adı "Sərt Şəxs Sindromu"dur və milyonda bir adamda rast gəlinir. Bunu demək məni incidir, amma yaşadığım diskomfort o deməkdir ki, mən Avropa turuna hazır olmayacam. Əzələlərimi gücləndirmək üçün idman həkiminin köməyi ilə məşq edirəm. Qarşıda məni mübarizə aparmağı tələb edən bir proses var. Bildiyim tək şey mahnı oxumaqdır. Bu, həyatım boyu həmişə etdiyim və ən çox sevdiyim işdir. Səhnədə olmaq üçün çox darıxdım, amma indi vəziyyətim buna imkan vermir.