Övladının cinsiyyəti məlum olub

  Hamilə ikən aldatma qalmaqalından sarsılan “Maroon 5” qrupunun solisti Adam Levine və Behati Prinsloo üçüncü övladlarının dünyaya gəlməsinə seviniblər. 

Sherg.az xəbər verir ki, cütlüyün körpəsinin cinsi də məlum olub.
Övladları haqqında çox şey paylaşmamağa çalışan və şəxsi həyatlarını gizli saxlayan cütlükdən Prinsloo üçüncü övladlarının oğlan olduğunu bildirib.
  35 yaşlı Prinsloo bildirib ki, əri Adam Levin dünyaya gələn oğlunun göbək bağını kəsib.
Cütlüyün Gio Qreys və Dasti Rous adlı iki qızı da var.