Alp Novruzdan Sıla Türkoğlu ilə bağlı ŞOK AÇIQLAMA

Sıla Türkoğlu və Alp Novruz ötən yay iz buraxan cütlüklərdən biri olub. Ancaq bu sevginin 2023-cü ilin son günlərində bitdiyi iddia edilib. 
Sherg.az  bildirir ki, Alp Novruz ayrılıq iddialarından ilk dəfə danışıb.

Sıla Türkoğlu ilə Alp Novruz arasındakı münasibət ilk dəfə Bodrumun Yalıkavak bölgəsində lövbər saldıqları qayıqda üzə çıxıb. Bir qrup dostla tətildə olan cütlük qayığın qarşısına keçərək günəş vannası qəbul edib. Cütlüyün təkbətək söhbət edən o anlar kameralara belə əks olunub.

İLK BİRLİKDƏ PAYLAŞIM 
Bodrum tətilində eşqləri sənədləşdirilən cütlük sosial media hesablarından sürpriz paylaşımla münasibətlərini  elan etmişdilər.        


                                                       
ONLAR BİR-BİRİNİN İZLƏMƏDƏN ÇIXDILAR

24 yaşlı gözəl aktrisa Sıla Türkoğlu ilə 33 yaşlı sevgilisi Alp Novruz sosial media hesablarından bir-birini silib. Son zamanlar ayrılıq dedi-qodularını gücləndirən hadisə onların pərəstişkarlarını çox üzüb.
İnstaqram hesablarından bir-birini silən cütlükdən Alp Novruz ilk dəfə məsələ ilə bağlı danışıb. Alp Navruz getdiyi məkanda jurnalistlərin suallarını cavablandırıb. Novruz ayrılığı təsdiqləyərkən "Bəli, ayrıldıq. Heç bir qara pişik qarışmadı. Bunun heç bir əlaqəsi yoxdur. Belə özəl şeylərdən danışmaq istəmirəm, amma bitdi, hə, doğrudur" dedi. ."