Müğənni Beyonsun böyüdüyü evdə yanğın 

2023-cü ildə dünya turnesi ilə iz qoyan R&B musiqisinin məşhur adı Beyonsun böyüdüyü ev yanıb. Texasda 42 yaşlı müğənninin uşaqlığının keçdiyi evdə yanğın baş verib.

 Sherg.az xarici mediaya istinadən xəbər verir ki, yanğınsöndürənlər yanğını 10 dəqiqə ərzində söndürə biliblər. Evdə yaşayan ailənin sağ-salamat çıxarıldığı və heç bir zərər görmədiyi bildirilib.

Beyonsun bacısı Solanj və onların valideynləri Tina və Metyu Noulz 1986-cı ildə bu evdən köçüblər.

Ev müğənninin "Renaissance: A Film by Beyonce" adlı qastrol filmində yer alıb. Filmdə müğənninin konsert üçün gəldiyi Texasda evinin yanından keçdiyi anlar yayımlanıb.