Sərdar Ortaşdan üzücü xəbər - Ayağını itirə bilər

Məşhur müğənni Sərdar Ortaçdan üzücü xəbər gəlib.
Bakupost.az xəbər verir ki, uzun illərdir MS xəstəliyi (dağınıq skleroz) ilə mübarizə aparan və yeriməkdə çətinlik çəkən Sərdar vəziyyəti ilə bağlı deyib:
“Ayaqqabılarımı çıxarmaqda belə çətinlik çəkirəm. Bu xəstəliyin əlacı yoxdur. 3 dəfə xəstəliyim tutub, 4-cüsü olarsa, ayağımı itirə bilərəm. Görək, inşallah, heçnə olmaz”.
Bir müddətdir psixoloji cəhətdən yaxşı olmadığını bildirən müğənni, "Özümə qarşı çox laqeyd oldum. Depressiyadan çıxa bilmədim. Dostum dəvət etdi, gəldim. Bu mənə dərman kimi gəldi. Tək qadınlar deyil, kişilər də özlərinə qulluq etməlidirlər. Peşəmə görə heç kimə pis görünmək istəmirəm. Özümə qulluq etmək mənim üçün sanki işgəncədir. Xəstələnəndən sonra daha da laqeydləşdim”.