Kıvanç Tatlıtuğ və oğlunun heyvan sevgisi: Bir öpüş ver!

Hazırda Serenay Sarıkaya ilə "Aile" serialında baş rolu canlandıran Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə ördək sevdiyi anlar sosial mediada trend mövzusu olub.

Sherg.az xəbər verir ki, 2016-cı ildə Parisdə Başak Dizerlə ailə quran Kıvanç Tatlıtuğ 2022-ci ildə Kurt Efenin dünyaya gəlməsi ilə xoşbəxt evliliklərini taclandırıb.

Şəxsi həyatlarını diqqət mərkəzindən uzaq yaşamağa və Kurt Efenin üzünü göstərməkdən qaçmağa üstünlük verən Dizer-Tatlıtuğ cütlüyünün məşhur aktyoru oğlu ilə ördəklərlə kef edərkən çəkilən videosu gündəmə gəlib.

Tatlıtuğun Beykozdakı Quş Cənnətində oğlu Kurt Efeyə “Öpücük ver...” deyərək ördəkləri sevdirməyə çalışdığı o anlar böyük maraqla qarşılanıb.

Ata olduqdan sonra həyatının hər fürsətdə dəyişdiyini qeyd edən Kıvanç Tatlıtuğ, "Allah istəyən hər kəsə nəsib etsin. Düşüncə yapısından tutmuş hətta səhər oyanmasına qədər fərqlidir" deyə bildirib.