Aktrisa  dördüncü dəfə koronavirusa yoluxub

Məşhur Türk  aktrisa Hafsanur Sancaktutan sosial media hesabında paylaşdığı paylaşımda koronavirusa yoluxduğunu açıqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Çox sevsən, nə olar", "Dünya ilə mən arasında" və "Dərməduman" kimi prodüserlərlə tanınan aktrisa Hafsanur Sancaktutan koronavirusa yoluxub. 


Aktyor sosial media hesabında pişiyi ilə çəkdirdiyi fotosunu paylaşaraq “4-cü Covidimizi xatırladıq” sözlərini yazıb.