Demet Akalın əməliyyat olunub

Türkiyəli müğənni Demet Akalın dünən səhər saatlarında səs tellərindən əməliyyat olunub. Akalın sosial media hesabında paylaşım edərək səhhətinin vəziyyəti ilə bağlı izləyicilərini məlumatlandırıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bir müddətdir TV8-də Jess Molho ilə "Gəlin danışaq" verilişinə moderatorluq edən Demet Akalın  əməliyyat olunub.

Səs tellərindən əməliyyat olunan 51 yaşlı Akalın səhhətindən danışıb.

Xəstəxana otağında çəkdirdiyi fotonu sosial media hesabında paylaşan məşhur müğənni səs tellərində kist əmələ gəldiyi üçün əməliyyat olunduğunu bildirib.

Demet Akalın pərəstişkarlarına "Yaxşıyam, Allah bütün maraqlananları  qorusun" sözləri ilə müraciət edib.