Nurgül Yeşilçaydan "Çempionlar Liqası" paylaşımı

Məşhur aktrisa Nurgül Yeşilçay bir müddət sosial mediadan uzaq qaldıqdan sonra qatıldığı tədbirdən aktrisa dostları ilə paylaşım edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımları ilə adından söz etdirən məşhur aktrisa Nurgül Yeşilçay bir müddətdir ki, paylaşım etmirdi.

Aktrisa, "İnstagram həyatımızda çox vacib olub. Elə bil bir az şişirdirik? Sadəcə əyləncədir. Uzun müddətdir İnstaqramda heç nə yazmıram. Hamı "yaxşısan?" deyə soruşur. Yaxşıyam... Kitab oxuyuram, çox darıxmışam. Kitab oxuyarkən sosial şəbəkələrə baxmıram. Bomba kimiyəm" deyib.

Daha sonra qatıldığı tədbirdən paylaşım edən Yeşilçay Dilan Çiçek Deniz, Hafsanur Sancaktutan, Yiğit Koçak, Yasemin Kaya Allen və Sedef Avcı ilə paylaşdığı fotoya "Çempionlar Liqası"nı qeyd edib.