Zendayanın sosial media hərəkəti gündəmə gəlib

"Hörümçək adam" serialı və eyforiya ilə son dövrün yüksələn ulduzlarından birinə çevrilən aktrisa və müğənni Zendayanın sosial media hərəkəti gündəmə gəlib.

Sherg.az xəbər verir ki, aktrisa  İnstaqram hesabında hər kəs üçün  izləməni dayandırıb.
27 yaşlı aktrisanın sevgilisi Tom Hollandı da izləmədən çıxarması diqqət çəkib.

Zendaya hələlik bu qərarının səbəbini açıqlamasa da, aktrisanın yeni "Challengers"  filminin tanıtmı üçün belə bir addım atdığı təxmin edilir.

Əvvəllər bir çox məşhurlar yeni film, albom və ya mahnıdan əvvəl bütün yazılarını silib, hər kəsə izləməyi dayandırmışdılar.

Aktrisa son paylaşımında yeni filminin üz qabığını diqqət mərkəzinə gətirib.