Seda Sayandan yeni estetik əməliyyat! 

 Məşhur türk müğənni Seda Sayan üzünü və dekolte nahiyəsini cavanlaşdırmaq üçün yenidən plastik əməliyyat etdirməyin çarəsini tapıb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 61 yaşlı müğənni bu gün növbəti dəfə estetik həkimin qapısını döyüb. Daha cavan görünmək üçün sünnət dərisindən üzünə və dekolte nahiyəsinə maye vurulan müğənni 3,5 milyon izləyicisi olan İnstaqram hesabının hekayələr bölməsində də həmin anları yayımlayıb.
Pərəstişkarları ilə paylaşdığı videoda Sayanın həkimi, "Seda Sayanın 3-4 yaşından dekolte nahiyəsində yanıq izi var idi. Bu tətbiqi ilk dəfə etdiyimiz zaman həm o çapıqları yüngülləşdirdik, həm də yaşlanma əleyhinə təsir yaratdıq. Ona görə də eyni tətbiqi ikinci dəfə etdik. Seda xanım üçün çox narahatlıq yaradan yuxarı dodaqlar və dodaqların kənarları üzərində də işlədik" deyə bildirib.