Ezgi Molanın oğlu Canla yeni fotoları: "Mən sizin yerinizə sevərəm" 

Noyabrın 23-ü axşam saatlarında oğlunu dünyaya gətirən Ezgi Mola indi ilk dəfə ana olmaqdan həzz alır. 
Sherg.az xəbər verir ki, oğluna baxan Mola Can ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb.

Aktrisa Ezgi Mola mayın 8-də 4 ilə yaxındır eşq yaşadığı menecer Mustafa Aksallı ilə sadə mərasimlə evlənib. Hamiləliyi boyu çəkdiyi kələ-kötür pozalarını izləyiciləri ilə bölüşən Ezgi Mola noyabrın 23-ü axşam oğlunu qarşılayıb.

İlk dəfə valideyn olmaqdan xoşbəxt olan cütlük övladına Can adını verib. İndi analıq dadını çıxaran  Ezgi Mola körpəsi ilə yeni fotolar çəkdirib.

Məşhur aktrisa  oğlunu qucağına alaraq çəkdirdiyi fotoya "Mən sizin yerinizə sevərəm" yazarkən; Canın ayaqlarını öpdüyü fotoya "Bu gecə də eşqə düşdük" yazıb.

Digər yandan  Ezgi Mola ötən həftələrdə oğlu qucağında əri Mustafa Aksakallıya poza verib. Ağsakkallı həyat yoldaşı və oğlunun pozasına ürək emojisi və bənzər muncuq emojisini əlavə etməyi də unutmayıb.