Rihanna uşaqlarının atası  ilə  reklama çəkilib - FOTO

Moda və gözəllik sahəsindəki işi ilə yanaşı, musiqidəki uğurları ilə də özünü sübut edən Rihanna bu dəfə gözəllik brendi üçün uşaqlarının atası 
A$AP Rocky ilə əməkdaşlıq edib.

 Sherg.az xarici mediaya istinadən xəbər verir ki, müğənni cütlük birlikdə "Fenty Beauty"nin yeni məhsulunu təqdim ediblər.
İki övladı olan Rihanna və A$AP Rocky yeni iş birliyinə imza atıb. Lakin bu dəfə onlar musiqi yazısı studiyası əvəzinə qrim laboratoriyasında çalışıblar.

 
Müğənni cütlük Rihannanın makiyaj markası "Fenty Beauty"dən dodaq nəmləndirici məhsulu satışa çıxarmaq üçün bir araya gəlib. İkili birlikdə yeni gözəllik məhsulunu reklam ediblər.


 
Rihanna, "son dodaq xilaskarı" olaraq xarakterizə etdiyi yeni məhsulunun tərkibində E vitamini və yağ olduğunu və ən quru dodaqları nəmləndirməyə kömək etmək üçün nəzərdə tutulduğunu söyləyib.

Məhsulun yeni yayınlanan reklamında A$AP Rocky "körpələrimin anası ilə yeni əməkdaşlıq" deyərək məhsulu təqdim edib.