Müğənni Əkbər Əliyev: “Roza xanımla bir-birimizi çox sevirdik”

“24 il əvvəl Roza xanımla bir-birimizi çox sevirdik, böyük məhəbbətimiz olmuşdu. Elə indi də sevirəm, ona görə ölümə də gedərəm. Keçən il ona hər şeyi atıb Türkiyəyə getməyi, ər-arvad kimi yaşamağı təklif etdim”.

Lent.az-ın xəbərinə görə, bunu müğənni Əkbər Əliyev qatıldığı proqramlardan birində dilə gətirib. Proqramda iştirak edən Roza Zərgərli Əkbərin dediklərini təsdiqləyib:

“Əkbər deyirdi sənəti ataq, gedək Balidə adada yaşayaq. Keçən il də evlilik təklif edib. Mənə üzük hədiyyə etdi, mən də “hə” cavabı verdim. Amma mən hər şeyi atıb gedə bilmərəm”.