Cennifer Lopez təəccübləndi: "Belə bir sual olurmu?"

20 ildən sonra aktyor Ben Affleklə görüşən və ötən il möhtəşəm mərasimlə evlənən Cennifer Lopez Qızıl Qlobus Mükafatlarının qırmızı xalçasında maraqlı sualla qarşılaşıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, müğənni Cennifer Lopez və Oskar mükafatlı aktyor Ben Afflek 20 il əvvəl sürpriz şəkildə ayrılıblar. Ancaq illər sonra yenidən bir araya gələn cütlük 2022-ci il iyulun 16-da Las-Veqasda sadə bir mərasimlə evlənib. Cütlük daha sonra uzun müddət gündəmdə qalan möhtəşəm toy edib. 


Evləndikləri gündən bəri tez-tez birlikdə tədbirlərə qatılan və bir-birləri haqqında romantik açıqlamalar verən cütlüklərdən biri Lopez 81-ci Qızıl Qlobus Mükafatları tədbirinə qatılıb.

Qırmızı xalçada Lopezə verilən maraqlı sual sosial mediada trend mövzusuna çevrilib. Müxbiri Mark Malkin, müğənnidən Ben Affleklə evliliyinin onun "son evliliyi ola bilərmi" deyə soruşub.

Lopez bu sual qarşısında gülməyə bilməzdi.

"Bildiğinizi söylediklerinde, bilirsiniz. Ve bilmediğiniz diğer zamanlarda da bilmiyordunuz. Bence herhangi bir işe adım atmadan önce her zaman en iyi niyetlerle hareket ediyorsunuz" cevabını verdi.

54 yaşlı müğənni müxbirin sualını belə cavablandırıb: "Bildiyinizi söylədiklərində, bilirsiz. Və bilmədiyiniz digər vaxtlarda isə bilmirsiz. Məncə, hər hansı bir işlə bağlı addım atmazdan əvvəl ən yaxşı niyyətlə hərəkət edirsiniz".

Sosial şəbəkələrdə müxbirin sualı “uyğunsuz” və “qəribə” kimi qiymətləndirilib.

Şərhlər bunlardır: "Aman Allahım, o bunu JLo-dan soruşa bilməzdi!" və ya "Aparıcı Mark JLo-nu çoxsaylı evliliklərinə görə biabır etdi".


Daha əvvəl 3 dəfə evlənən Lopez Mark Entoni, Kris Cadd və Ojani Noa ilə evli olub.